“Azərbaycanın istədiyi sülh onun irəli sürdüyü bütün tələblərin qeyd-şərtsiz yerinə yetirilməsindən ibarətdir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli revanşist ekspert Artur Martirosyan danışıb.
“Bakının bütün tələblərinin yerinə yetirilməsi təkcə Qarabağ məsələsinə son qoymayacaq, həm də bütövlükdə erməni dövlətçiliyinin gecikmiş parçalanması demək olacaq”, - deyə o bildirib.
Erməni politoloqun fikrincə, Azərbaycan sülh imzalanana qədər tələblərinin yerinə yetirilməsini ilkin şərt kimi irəli sürərək onu təmin etdirməyə çalışır:
“Bu isə Paşinyan hakimiyyətinin buraxdığı çoxsaylı metodoloji səhvlərdən birinin nəticəsidir. Ermənistan hakimiyyəti sülh gündəminin irəliləyişini elan etməklə yanaşı, həm sözdə, həm də əməldə sülh naminə hər cür güzəştə getməyə hazır olduqlarını açıq şəkildə bəyan edib.
Paşinyan ölkə daxilində danışıqlar aparanda bizimlə Azərbaycanın dilində danışır. O nə deyir? O deyir: “Əgər təslim olmasaq, mütləq müharibə olacaq, əgər təslim olsaq, müharibə ehtimalı azalacaq, amma bunun baş verməyəcəyinə zəmanətim yoxdur””.
Musavat.com