Martın 20-də dollarla bağlı mühüm qərar veriləcək

ABŞ-nin Federal Ehtiyatlar Sisteminin (FED) Pul Siyasəti Komitəsinin mart ayı üzrə faiz qərarı iclasının tarixi məlum olub.

FED-in faiz qərarı toplantısı 2024-cü il martın 20-də keçiriləcək.

Analitiklər həftə ərzində ABŞ-da açıqlanan həm istehlakçı, həm də istehsalçı inflyasiyasının proqnozları aşması səbəbindən FED-in ilin birinci yarısında faiz endiriminə başlaya bilmə şansının zəiflədiyini bildirib.

Pul bazarlarında FED-in 19-20 mart tarixlərində keçiriləcək pul siyasəti toplantısında faiz dərəcəsini sabit saxlayacağı düşünülsə də, bankın faizləri azaltmağa başlaması ehtimalı may ayında 7% və iyun ayında 59% olaraq dəyərləndirilir.

Xatırladaq ki, 2024-cü ilin ilk faiz qərarını yanvar ayında açıqlayan FED, faiz dərəcəsini 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50% səviyyəsində sabit saxlamışdı. / "Ölkə.Az"

18.03.2024 16:45
2486