İlk yayın vaxtı 20:54
Fransada bir neçə məşhur supermarketdə satılan bəzi yumurta qutuları sağlamlıq riskləri səbəbilə geri çağırılıb.
Musavat.com xəbər verirki, bu geri çağırılma, yumurtaların salmonella bakteriyası ilə yoluxması ehtimalı ilə əlaqədar olaraq həyata keçirilib.
Salmonella bakteriyası insan və heyvan bağırsaqlarında yaşayır və nəcislə xaric olur. Tez-tez çirklənmiş su və ya qida vasitəsilə insanlara keçə bilər.
Bu hallarda simptomlar adətən qəbul edildikdən sonra 12-36 saat ərzində görünür və 2-7 gün müddətində davam edə bilir. Qızdırma, qusma və ishal kimi əlamətlərlə müşayiət olunan salmonella yoluxması ağır vəziyyətlərdə mədə-bağırsaq iltihabına və digər xəstəliklərə də səbəb ola bilər.
Musavat.com