Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.
APA xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Belə ki, 1990-cı il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.