Avstriya hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossiyə qarşı təhlükə barədə məlumat əldə edib.
Musavat.com xəbər verir ki, “Wall Street Journal”ın məlumatına görə, kəşfiyyat orqanları “İranla əlaqəli şəxslərin” Qrossiyə qarşı təhdid törədə biləcəyi barədə siqnallar alıb. Bu səbəbdən Avstriya hakimiyyəti onu gücləndirilmiş rejimdə, 24 saatlıq mühafizə ilə təmin edib.
Mənbə qeyd edir ki, təhlükə barədə ilkin məlumat üçüncü tərəfdən əldə olunub. Hazırda Avstriya xüsusi xidmət orqanları məsələni diqqətdə saxlayır.
Musavat.com