Manukyandan II Qareginə DƏSTƏK

“Mayın 28-də, bütün ermənilər üçün əlamətdar gündə Sərdarabad memorial kompleksində baş vermiş qəbuledilməz halla, qınaq obyekti ilə bağlı narahatlığımı və qəzəbimi bildirmək üçün dərin ağrı ilə yazıram. Polis bütün ermənilərin katolikosunun müşayiətçilərinə Sərdarabada daxil olmağa icazə verməyib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Böyük Britaniya və İrlandiyanın Ermənistan yeparxiyasının rəhbəri, yepiskop Hovakim Manukyandır.

“Təəssüf ki, bu, ilk belə hadisə deyil. Aydındır ki, Ermənistanda erməni kilsəsinə və onun rəhbərinə qarşı təqib və zorakılıq siyasəti həyata keçirilir. Polisin qəbuledilməz və qınanılası davranışı bütün xristian ermənilər üçün biabırçılıqdır”, - deyə Manukyan bildirib.

Musavat.com

29.05.2024 15:31
1140