“Tədiyə balansı üzrə ölkənin irihəcmli gəlirlərinin əmələ gələcəyini görürük”.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş direktoru Vüqar Əhmədov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, dolların möhkəmlənməsi fonunda iri həcmdə valyuta gəlirlərinin olması məzənnə sabitliyinə heç bir risk yaratmır:
“Biz valyuta bazarında tarazlığın təmin olunacağı və bunun məzənnə sabitliyini dəstəkləyəcəyini görəcəyik. Müvafiq proses həm də inflyasiyaya əhəmiyyətli azaldıcı təsirə malikdir”.