Manaf Afətə ev bağışlayıb – VİDEO

Müğənni Manaf Ağayev qadın həmkarı Afət Fərmanqızına ev bağışlayıb.

Bu haqda Afət dəbdəbəli mənzilində qonaq qəbul etdiyi "Ay Zaur" verilişində deyib.

"Bu evi mənə Manaf bağışlayıb. Heç mən bunu qardaş-qardaş arasında görməmişdim. O məndən pul almadan bu evi adıma keçirdi. Bilmirəm o mənəmi bu qədər etibar etdi, yoxsa özü belə ürəkli oğlandır. Burada iki nüans var. Mən onda Manafı özüm üçün kəşf etdim ki, necə böyük ürəyə malikdir", - deyə A.Fərmanqızı vurğulayıb.

Onun bu sözlərinə Manaf "Mən heç bir işi sənətə görə etmirəm. Mənim üçün ən əsası qarşımda duran insanın əsl insan olmasıdır" deyərək cavab verib.

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Fatma Mahmudova efirlərin birində meyxanaçı Namiq Məna tərəfindən ona bağ evi hədiyyə olduğunu bildirmişdi. Lakin söz xiridarı bu məsələnin zarafat olduğunu açıqlamışdı./bizim media

02.07.2024 16:17
1453