Malidə ruspərəst qüvvələr vaqnerçilərə görə dinc sakinləri bombardman edib

Malidəki rusiyapərəst qüvvələr vaqnerçilərin ölümünə görə dinc sakinlərdən qisas alıblar. 

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Bild" yayıb.

Avqustun 25-də Malidə hakim xunta ordusunun Tuareq üsyançılarının nəzarətində olan Tinzouten bölgəsindəki yaşayış məntəqəsinə pilotsuz təyyarə zərbəsi endirilib. Nəticədə 10-u uşaq olmaqla 21 nəfər həlak olub.

Media hücumu Tuareqlərin əli ilə əvvəllər öldürülmüş vaqnerçilərə qarşı qisas aktı kimi təsvir edir.

02.09.2024 09:13
504