Maldiv Pakistandakı səfirini geri çağırıb

Maldiv adaları Pakistandakı səfiri Mohamed Thohanı Əfqanıstanda hakimiyyətə nəzarət edən radikal Taliban hərəkatının nümayəndəsi ilə görüşünə görə geri çağırıb.

“Report” xəbər verir ki, bu barədə Maldivlərin “The Edition” internet nəşri məlumat yayıb.

Ötən həftə İslamabadda Maldiv diplomatı ilə Talibanın sözçüsü Sərdar Əhməd Şakib arasında görüş baş tutub.

Tezliklə sosial mediada görüşün fotoları yayılıb və bu da öz növbəsində Maldiv adalarının Əfqanıstandakı Taliban rejimini tanıyıb-tanımadığı ilə bağlı geniş müzakirələrə səbəb olub.

Bununla əlaqədar olaraq, adanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Maldiv diplomatının görüşünə rəsmi icazə verilməyib.

06.11.2024 02:54
349