Malatyada zəlzələ qurbanlarının sığındığı konteyner alovlara təslim olub.
Musavat.com xəbər verir ki, yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb.
Hadisədən sonra konteynerin yararsız hala düşdüyü məlum olub. Xoşbəxtlikdən hadisə zamanı ölən və yaralanan olmayıb. Konteynerdə yanğının naməlum səbəbdən baş verdiyi bildirilib.
Hadisənin səbəbləri araşdırılır.
Musavat.com