Malatyada yaşayanlara xəbərdarlıq! - "Şəbəkə suyu içməyin"

Türkiyədə baş verən dəhşətli zəlzələlərin fəsadları durmadan artır.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Malatya Valiliyi bölgədəki Gündüzbey Pınarbaşı Su Hövzəsindən içməli su istifadə edənlərə xəbərdarlıq edib.

Əhaliyə bildirilib ki, ikinci bir elana qədər sözügedən su xəttindən içməli su istifadə etmək olmaz.

Valiliyin açıqlaması belədir:

“Malatyanın mərkəzindəki Pınarbaşı Kaptaşdan içməli su istifadə edən vətəndaşlarımız ikinci açıqlama gələnə qədər şəbəkədən su içməsinlər”.

Sözügedən xəbərdarlığın səbəbi barədə əlavə məlumat verilməyib.

06.02.2023 17:41
973