“Arxada qalmış gələcək” filmi qaçqın düşərgəsində yaşayan, keçmişə – 1990-cı illərin müharibə bölgəsinə düşən uşağın hekayəsindən bəhs edir.
Film Sergey Abramovun “Cəbhəyanı meşədə” povestinin motivləri əsasında çəkilib.
Filmdə hadisələr 14 yaşlı Səmədin təxəyyülündə, hallüsinasiya vəziyyətində baş verir. 2004-cü ildə yaşayan qəhrəman qaçqınlara məxsus adi həyat tərzi sürür. O, gözlənilməz hadisə nəticəsində huşunu itirir və 90-cı illərə düşür.
Müharibənin qızğın vaxtıdır. Əsgərlər Vətən uğrunda vuruşurlar. Səmədin gəldiyi dövrdə – 2004-cü ildə isə artıq Qarabağ işğal olunub.
Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında: