Makronun yarıtmaz SİYASƏTİ - Həbsxanalar DOLDU

Fransa həbsxanalarındakı məhbusların sayı rekord həddə çoxalaraq 77 min nəfəri keçib.

Musavat.com xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) respublikanın Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Aprelin 1-də 77 450 nəfər həbsdə olub ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 4 370 nəfər çoxdur.

Bu, Fransa tarixində ən çox məhbus sayıdır.

Bəzi həbsxanalar tam doludur. Belə ki, yerdə yatmağa məcbur olan məhbusların sayı kəskin artıb.

Musavat.com

01.05.2024 14:53
547