Makronu döyən arvadı: Bricit kimdir, Makron onu niyə sevdi, niyə aldı - KÜPƏGİRƏN QARININ HEKAYƏSİ

Fransanın birinci xanımı Bricit Makron Vyetnama rəsmi səfər zamanı əri - Prezident Emmanuel Makrona gözlənilməz şəkildə şillə vurub. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb. Hadisə dövlət başçısının təyyarəsində baş verib.

Bricit Makron ərinə şillə vurduqdan sonra Makronun təklif etdiyi kömək əlini də nümayişkaranə şəkildə rədd edib. Bu anlar isə fotoqrafların obyektivinə düşüb - təyyarənin trapından enərkən çəkilən kadrlar mətbuatda səs-küyə səbəb olub.
Emmanuel Makron Bricit Makronun ona şillə vurmasını zarafat kimi dəyərləndirib:

Macron says they were joking when wife seems to push him | AP News

"Həyat yoldaşımla mübahisə edirdik, daha doğrusu, zarafatlaşırdıq. Bunun bir növ qlobal fəlakətə çevrilməsinə təəccüblənirəm və bəzi insanlar bunu izah etmək üçün hətta fərziyyələr irəli sürürlər. Biz sadəcə zarafat edirdik, bunu kifayət qədər tez-tez edirik", - deyə o vurğulayıb.

Macron denies dispute with wife after viral plane video

Yelisey sarayı da bu hadisəni "səs-küy yaratmaq istəyi" və "zarafat" kimi dəyərləndirib. Rəsmi açıqlamada qeyd olunub ki, cütlük bu cür davranışlarla rəsmi tədbirlər öncəsi bir qədər rahatlamağa çalışır. Prezident Administrasiyası əlavə edib ki, bu hadisə əhəmiyyətsizdir və qəribə yozumlara, həmçinin konspirasiya nəzəriyyələrinə əsas verməməlidir.

Musavat.com Emmanuel Makron və həyat yoldaşının necə tanış olmaları və onlar haqqında hansı şayiələrin gəzməsi ilə bağlı məlumatları təqdim edir:

Emmanuel Makron gələcək həyat yoldaşı Bricitlə 1990-cı illərin əvvəllərində Amien şəhərində tanış olub. O vaxta qədər Bricit Ozye (ərinin soyadı) artıq evli idi, üç övladı var idi və özünü sevimli işinə - ədəbiyyat müəllimliyinə həsr etmişdi.
O, müvafiq diplom və məktəblilərə ədəbiyyatı tədris etməyə imkan verən sertifikat aldıqdan sonra Amien şəhərində yerləşən nüfuzlu La Providence yezuit kollecində fransız dili müəllimi və dram dərnəyinin rəhbəri kimi işə başlayıb. Həmin kollecdə artıq iki ildir təhsil alan yerli vunderkind Emmanuel Makronun sinifinə Bricitin böyük qızı Lorans da qəbul edilmişdi.
Gənc Emmanuel tezliklə Loransla dostlaşdı, lakin aralarında romantik hisslər yaranmadı. Həmin vaxt o, ümumiyyətlə, həmyaşıd qızlara maraq göstərmirdi, bütün diqqətini dərslərinə, yerli konservatoriyadakı məşğələlərə və əsas ehtirası olan ədəbiyyata yönəltmişdi.

Macron denies 'domestic dispute' after wife's face push – DW – 05/26/2025

Hərçənd Bricit ona birbaşa fransız dili dərsi demirdi, Emmanuel tezliklə onun teatr dərnəyinə qatıldı. İstedadlı şagird Briciti valeh edirdi və o, digər müəllimlər kimi, Emmanuelin ədəbi bacarıqlarından heyrətə gəlmişdi. Bəzən Emmanuel ona öz şeirlərini oxuyurdu. Görünür, məhz o vaxt aralarında hisslər yaranmağa başlamışdı.

Tədricən onların münasibətləri adi şagird-müəllim münasibətlərinin sərhədlərini aşdı. On beş yaşlı Emmanuel getdikcə daha çox Bricitlə görüşməyə çalışırdı və onlar tez-tez tək qalırdılar. O dövrdə aralarında teatr məşqləri və ədəbi söhbətlərdən başqa bir şeyin olub-olmadığı dəqiq bilinmir, lakin Bricitə qarşı hissləri gənc Emmanueli cəsarətli ədəbi təcrübələrə ruhlandırırdı. Belə ki, o, qəhrəmanların adlarını dəyişərək erotik roman yazmış və əlyazmanı çap üçün qonşusuna vermişdi. Qonşu sonradan etiraf etmişdi ki, əsər “cəsarətli və olduqca açıq-saçıq” idi.

Macron says he's 'super proud' of his wife's cameo in 'Emily in Paris' | AP  News

Emmanuelin valideynləri oğullarının müəlliməsi ilə münasibətdə olduğunu təsadüfən, bir ailə dostundan öyrəndilər -buna qədər onlar Emmanuelin Bricitin qızı Loransla görüşdüyünə əmin idilər. Gəncin atası Jan-Mişel bu xəbəri eşidəndə sarsıldı. Anası Fransuaza isə daha soyuqqanlı davransa da, bir o qədər də Bricitlə qəti danışdı: “Siz görmürsünüz? Artıq öz həyatınızı yaşamısınız, bəs onun həyatı necə? Siz ona uşaq da verə bilməzsiniz”. Valideynlər cütlükdən heç olmasa Emmanuel yetkinlik yaşına çatana qədər gözləməyi tələb etdilər. Bricit onlara “Sizə heç nə vəd edə bilmərəm”- deyə cavab verdi. Valideynlər oğullarını bu hadisədən və Amien şəhərindən uzaqlaşdırmaq qərarına gəldilər və onu rəsmi olaraq daha keyfiyyətli təhsil adı ilə Parisdəki nüfuzlu Anri IV liseyinə göndərdilər. Hərçənd nə atası, nə də anası bu köçü oğullarının romansı ilə açıq şəkildə əlaqələndirməsə də, Emmanuel və Bricit üçün bu səbəb aydın idi. Getməzdən əvvəl Emmanuel Bricitə bu sözləri dedi: “Məndən qurtula bilməyəcəksiniz. Nə edirsiniz edin, mən sizinlə evlənəcəyəm”. Bu vaxt Bricit hələ də evli idi, çünki əri onun xəyanətindən xəbərsiz idi.

Makronun ögey qızı bütün sirləri açdı: Nəslini belə rüsvay edib - FOTO -  Turkustan.az

1994-cü il ərzində Emmanuel və Bricit bir-birlərini görmədilər: Emmanuel Parisdəki nüfuzlu Anri IV liseyində oxuyurdu, Bricit isə Amien şəhərindəki La Providence kollecində dərs deməyə davam edirdi. Əvvəlcə Bricit hisslərin tezliklə keçəcəyinə ümid edirdi, lakin Emmanuel israrlı çıxaraq ona hər gün zəng edir, saatlarla telefonla danışırdı. Bricit sonradan etiraf edirdi ki, tədricən onun israrına müqavimət göstərməyi dayandırmış və Emmanuelin münasibətlərə nə qədər ciddi yanaşdığını görüb heyrətə gəlmişdi. Bir il sonra Bricit artıq mütəmadi olaraq Emmanuelin yanına, Parisə gəlməyə başladı. Həmin vaxt Emmanuel məktəbi fərqlənmə ilə bitirmiş və universitetə qəbul öncəsi hazırlıq kurslarına başlamışdı. O, artıq yetkinlik yaşına çatdığından bu münasibəti qadağan olunmuş saymırdı. Elə bu dövrdə Amien şəhərində də bu roman haqda məlumat yayıldı. Ən axırda isə Bricitin həyat yoldaşı- Andre Lui Ozyer hər şeyi öyrəndi. Bu xəbər onun üçün ağır zərbə oldu: o, həyat yoldaşının qızının sinif yoldaşı- özü də yeniyetmə olan bir oğlanla xəyanətini bağışlaya bilmədi. Emmanueli bir vaxtlar evində qəbul etmişdi. Andre Lui ailəni tərk etdi və Bricit uşaqlarına hər şeyi izah etmək məcburiyyətində qaldı. Onlar arasında rəsi boşanma 2006-cı ildə baş tutdu.

Makronun həyat yoldaşı kişidir” – Amerikalı jurnalsit rəsmi sənədləri  açıqlayacağını deyir | AzPolitika — onlayn siyasi-ictimai qəzet

Cəmiyyətin təzyiqlərinə və qınaqlarına baxmayaraq, Bricit və Emmanuelin münasibətləri davam etdi. 1998-ci ildə Makron nüfuzlu Sciences Po institutuna qəbul olundu, sonra təhsilini Paris X -Nanter Universitetində davam etdirdi, daha sonra isə Strasburqda biznes idarəçiliyi üzrə dərəcə aldı. Bu illər ərzində Bricit daim onun yanında oldu, ambisiyalarını və karyera yolunu dəstəklədi. 2007-ci ildə, 29 yaşında olan Emmanuel 54 yaşlı Bricitə evlilik təklifi etdi. Həmin vaxt Bricitin artıq yetkin olan övladları anasının seçimini qəbul etmişdilər. Toy Amien şəhər meriyasında - vaxtilə Bricitin ilk dəfə evləndiyi məkanda baş tutdu.

Mərasim zamanı Makron ictimai şəkildə hər kəsə təşəkkür etdi ki, “tam da adi olmayan bu cütlüyü” qəbul edə biliblər. Cütlük Bricitin Le-Tukedəki ailə villasında yaşamğa başladı. 2014-cü ildə Emmanuel Makron Fransanın maliyyə naziri təyin olundu və cütlük Parisə köçdü. Bricit burada müəllimlik fəaliyyətini davam etdirdi. Makron Fransa prezidenti postuna namizədliyini irəli sürdüyü zaman onların münasibətləri yenidən cəmiyyətin diqqət mərkəzinə düşdü və kəskin tənqidlərə məruz qaldı.

2021-ci ilin dekabrında Fransanın sosial şəbəkələrində Bricit Makronun guya transqender qadın olması ilə bağlı şayiələr geniş yayılmağa başladı . Bu iddiaların mənbəyi jurnalist Nataşa Rey olmuşdu. O, iddia edirdi ki, Fransanın birinci xanımı əslində uşaqlıqda dünyasını dəyişmiş “gerçək” Bricitin qardaşı -Jan-Mişel Tronye adlı bir kişi olub. Bu nəzəriyyəni sonradan “Faits et Documents” nəşrinin redaktoru Ksavyer Pussar da dəstəklədi. Şayiələrin yayılmasına Bricitin nisbətən iri bədən quruluşu səbəb kimi göstərildi. Bu əsassız iddialar internetdə sürətlə yayıldı və cəmiyyət arasında ciddi rezonansa səbəb oldu.

Cavab olaraq, Bricit Makron vəkillər tutaraq bu ittihamların transfobiyanı qızışdırdığını bildirdi. Tezliklə nəzəriyyənin müəllifləri — Nataşa Rey və Amandin Rua böhtana görə cərimələndilər. 2024-cü ilin martında amerikalı jurnalist və teleaparıcı Kendis Ouens bu mövzunu “Daily Mail” nəşrində yenidən gündəmə gətirdi. O, Fransa prezidentinin həyat yoldaşından bioqrafiyasını sübut edən sənədləri təqdim etməyi tələb edərək, şayiələri təkzib etməyə çağırdı. Ouens iddia edirdi ki, yeni sübutlar tapıb və Makronun vəkillərinin təzyiqlərinə baxmayaraq, araşdırmanı davam etdirəcək. 2025-ci ilin fevralında o, bu araşdırmanın ilk hissəsini yayımladı. 2024-cü ildə Emmanuel Makron Fransanın TF1 telekanalına verdiyi müsahibədə ilk dəfə bu şayiələrə münasibət bildirdi: “Ən qorxulusu - yalan məlumatlar və saxta ssenarilərdir. İnsanlar nəhayət bunlara inanır və sizə, hətta yaxınlarınıza belə narahatlıq yaradırlar”, - deyə o bəyan etdi.

Şahanə Rəhimli
Musavat.com

27.05.2025 00:30
2624