Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidentinin legitimliyini vurğulayaraq onun azad və demokratik seçkilər nəticəsində hakimiyyətə gəldiyini bildirib.
"Mən bunu dünənki kimi xatırlayıram. O, azad bir sistemin seçilmiş prezidentidir," – deyə Makron qeyd edib.
Musavat.com xəbər verir ki, bu açıqlama Qərb liderlərinin Ukraynaya dəstəyini bir daha nümayiş etdirir və ölkədəki siyasi legitimliklə bağlı yayılan suallara cavab kimi qiymətləndirilir.
Musavat.com