Makrona kəsilmiş barmaq göndərdilər

 

Fransa prezidentinin Parisdəki rəsmi iqamətgahına insan barmağı olan məktub gəlib.

Musavat.com Valeurs Actuelles saytına istinadən xəbər verir ki, iyulun 10-da saray yazışma xidməti poçtla məktub alıb. Məktub açılan zaman içindən insan barmağı çıxıb. Hadisə ənənəvi olaraq iyulun 14-də qeyd olunan Bastiliya Günü milli bayramı ərəfəsində baş verib.

Kəsik barmaq mühafizəçilərin öz yeməklərini saxladığı soyuducuya yerləşdirilib.

Qəzet xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları barmağın sahibi olan şəxsi tapıblar. Lakin polis hadisə ilə bağlı hələlik açıqlama verməyib. 

Bildirilir ki, Yelisey sarayı da bu barədə açıqlama vermiyib.

Musavat.com

 

13.07.2023 12:55
637