Fransa prezidenti Emmanuel Makron 2024-cü il Yay Olimpiya Oyunlarının çempionu cüdoçu Teddi Rinerin qalstuk və köynəyini düzəldib.
Musavat.com xəbər verir ki, prezident və idmançının səmimi görüntülərini Fransanın BFM TV telekanalı yayıb.
Kadrlar Parisdə Olimpiadanın fransalı qaliblərinin mükafatlandırıldığı təntənəli mərasim zamanı çəkilib. Operator Makronun cüdoçunun qalstukunu, köynəyini və gödəkçəsini necə diqqətlə tənzimlədiyini çəkib.
Qeyd edək ki, Teddi Riner bu yarışlarda fərdi hesabda üçüncü, eləcə də komanda hesabında ikinci qızıl medal qazanıb.
Bundan əvvəl internetdə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına həsr olunmuş qapalı mərasimdə Makronun Fransanın idman naziri Ameli Oudeau-Caster ilə öpüşməsini əks etdirən fotolar dərc edilmişdi.
Musavat.com