Makron Rişi Sunakla görüşəcək

Fransa prezidenti Emmanuel Makron Misirdə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransı (COP27) çərçivəsində Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşəcək.

Musavat.com APA-ya istinadla xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Bildirilib ki, sabah Makronla Sunak arasında ilk görüş olacaq.

06.11.2022 22:47
752