Makron Paris Olimpiadası üçün göz yaşı tökdü

Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Olimpiada üçün darıxdığını qəribə tərzdə ifadə edib.

Musavat.com  xəbər verir ki, o, süni intellekt tərəfindən yaradılan videonu X sosial şəbəkəsində yerləşdirib. Rolikdə Makronun Olimpiada üçün darıxaraq ağlaması əks olunub.

Videonun şərhində "Parisdəki oyunlar üçün darıxanda" deyilir.

Videoda Paris Olimpiadasının ən təəccüblü anları, o cümlədən Celine Dion-un çıxışı və Snoop Dogg-un təəccüblü siması var.

Musavat.com

26.07.2025 23:02
1123