Makron: Fransa Ukraynaya silah tədarükünü davam etdirəcək

Fransa Kiyevə silah tədarükünü davam etdirəcək.

Bunu Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

“Fransa Ukraynanı silahla təmin etməyə davam edəcək. Paris Ukraynanın müqavimətini dəstəkləyəcək və Kiyevə uzunmüddətli təhlükəsizliyi təmin etməyə kömək edəcək”, - dövlət başçısı vurğulayıb.\\APA

26.09.2024 00:31
181