Musavat.com xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron çıxışında Avropanın ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə aparılacaq danışıqlarda təmsil olunmasının vacibliyini vurğulayıb.
O bildirib ki, təhlükəsizlik zəmanətlərindən danışarkən bütün Avropa qitəsinin təhlükəsizliyindən söhbət gedir və bu səbəbdən dördtərəfli görüşün keçirilməsi lazım ola bilər.
Musavat.com