Fransanın sabiq ətraf mühit naziri Frans 24 televiziyasında Bakıda keçirilən COP29 və rəsmi Parislə Bakı arasındakı gərginlikdən danışıb.
Bu barədə suala cavab verən sabiq nazirin Azərbaycanı müdafiə etməsi aparıcı üçün də gözlənilməz olub.
Belə ki, aparıcının “Biz COP 29 da ola bilərdik. Bilirsiniz ki, Azərbaycan Yeni Kaledoniyaya müdaxilə edir , Ermənistanla gərginlik içərisindədir. Siz bu barədə nə düşünürsünüz” sualına Brice Lalondenin cavabı aparıcını təəccübləndirib.
Sabiq nazir aparıcının sualına cavabında deyib:
“Mən çox kədərliyəm ki, biz orada yoxuq. Hesab edirəm ki, cənab Makron Bakıya getməli və prezident Əliyevlə danışmalı idi. Bizim Ermənistanla uzun tarixə söykənən dostluğumuz var. Amma bu o demək deyil ki, Ermənistan haqlıdır. Yaxşı xatırlayıram , mən nazir olanda Ermənistan Azərbaycanın Qarabağ bölgəsini işğal etmişdi. İndi Azərbaycan öz ərazilərini azad edib. Hər hansı təcavüzdən söhbət getmir. Fransız siyasətçilər danışanda ehtiyyatlı olmalıdırlar, çünki bu tarixi unuda bilərlər”.//Gununsesi.info