Mahsun anasından danışıb kövrəldi - "Məni tanımır"

Türkiyəli müğənni-aktyor Mahsun Qırmızıgül konserti zamanı duyğusal anlar yaşayıb.

Sənətçi səhnədə ifasını yarımçıq qoyaraq anası Faike Başkacirin altsheymer xəstəliyindən əziyyət çəkdiyini bildirib və kövrəlib:

"Bunu duyğulara bağlayıram və davamını oxuya bilmirəm. Aranızda analarını sevən insanlar çoxdur. Anam altsheymer xəstəsi olduğu üçün məni tanımır. O qədər kədərlənirəm ki..." (Axşam.az)

24.12.2023 17:47
2193