Fələstin Prezidenti Mahmud Abbas ölkənin yeni Baş naziri vəzifəsinə Məhəmməd Mustafanı təyin edib.
"Report" bu barədə TRT-yə istinadən xəbər verir.
Bundan əvvəl Məhəmməd Mustafa Fələstin İnvestisiya Fondunun rəhbəri olub.
Mahmud Abbas yeni baş naziri Fələstin xalqının maraqlarını qorumağa çağırıb.
Qeyd edək ki, fevralın 26-da Fələstinin keçmiş baş naziri Məhəmməd Ştayye hökumətinin istefa verdiyini elan edib.