Almaniyanın II Bundesliqa klubu "Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə eyni liqa təmsilçisi "Herta"dan transfer təklifi gəlib.
Musavat.com xəbər verir ki, bu barədə Oxu.Az-a etibarlı mənbədən məlumat daxil olub.
Qeyd olunub ki, Berlin təmsilçisi Mahiri son günlər "radar"ına salıb.
Məlumatda əlavə olunub ki, 27 yaşlı hücumçuya başqa klublardan da təkliflər var, mövsüm bitəndən sonra futbolçu təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, Mahir Emrelinin "Nürnberq" klubu ilə müqavilə müddəti 2024/25 mövsümünün sonunda başa çatacaq.