Mahir Emreli Almaniyada dubl etdi, komandası...

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası növbəti oyununu keçirib. 

Sözügedən komanda II Bundesliqanın 30-cu turunda doğma meydanda "Paderborn"u qəbul edib. 

"Nürnberq" məhz Mahirin 2-ci dəqiqədə vurduğu erkən qolla önə keçsə də, üstünlüyünü qoruya bilməyərək qapısından 3 top buraxıb. Futbolçumuz 90+3-cü dəqiqədə vurduğu ikinci qol isə məğlubiyyətdən xilas olmağa kifayət etməyib - 2:3.

Beləliklə, 27 yaşlı hücumçu II Bundesliqada vurduğu qolların sayını 7-yə çatdırıb. O, daha bir dəfə Almaniya Kubokunun oyununda fərqlənib.

"Nürnberq" bu nəticədən sonra 44 xalla 8-ci pilləyə geriləyib.  (Fanat.Az)

19.04.2025 19:16
797