Qax rayonun Fısdıqlı kəndində yerləşən mağazalardan nisyə dəftərlərini oğurlayan şəxsə hökm oxunub.
1986-ci ildə Qax rayonunun Qum kəndində anadan olmuş Elvin Badanov (ad-soyad şərti) Fıstıqlı kəndində yerləşən mağazanın şüşəsini daşla vurub sındırmaqla içəri daxil olub və 180 manat pulu, dəyəri bir ədəd "Bizon" enerji içkisini (1 manat), bir ədəd dəyəri "Dadlıca" sosiskasını (1 manat) və bir ədəd 40 vərəqli nisyə dəftərini oğurlayıb.
O, elə həmin günü Fıstıqlı kəndində yerləşən daha bir mağazaya daxil olaraq seyfdən 1800 manat pulu, hər birinin dəyəri ümumilikdə 200 manat dəyəri olan 200 ədəd "Azercell", "Bakcell" və "Azerfon" danışıq kartlarını, bir ədədinin dəyəri 3,40 manat olan ümumilikdə 34 manatlıq 10 qutu LD markalı siqareti, bir ədədinin dəyəri 4 manat olan ümumilikdə 40 manatlıq 10 qutu "Kent 4" markalı siqareti və bir ədəd 40 vərəqli nisyə dəftərini oğurlayıb.
Elvin əvvəlcə satılan ərzağa görə kənd sakinlərinin adına olan nisyə dəftərlərlərini yandırıb. Daha sonra oğurladığı pulları götürərək Bakıya gəlib və paytaxtda hotellərin birində qızlara əyləncəyə xərcləyib. Geri qayıtdıqdan sonra polis tərəfindən saxlanılıb, sahibkarlara dəyən zərər ailəsi tərəfindən ödənilib.
Məhkəmənin hökmü ilə ona 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Elvin Bədəlov bu müddət ərzində elektron qolbaqla gəzəcək./Qaynarinfo