Mağazadan meyvə oğurlayan şəxsi küçənin ortasında vəhşicəsinə döydü - VİDEO

İstanbulda marketdən meyvə oğurlamağa çalışan şəxs mağaza sahibi tərəfindən döyülüb.

Musavat.com xəbər verir ki, həmin anlar təhlükəsizlik kamerasına əks olunub.

Təpik və şillələrin təsirindən yerə yıxılan oğru ətrafdakı vətəndaşlar tərəfindən xilas edilib.

Vətəndaşlar market sahibini sakitləşdirməyə çalışıb. Şübhəli şəxs isə ayağa qalxaraq qaçıb. Mağaza sahibinin oğrudan şikayətçi olmadığı açıqlanıb.

Musavat.com

06.05.2024 15:12
885