Venesuela müxalifətinin prezidentliyə namizədi Edmundo Qonzales Urrutia ölkəni tərk edərək İspaniyadan sığınacaq istəyib.
Musavat.com bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Avqustun əvvəlində Ağ Ev Qonzalesin iyulun 28-də keçirilən prezident seçkilərinin əsl qalibi olduğuna inandığını bildirib.
Bu arada Venesuela hakimiyyəti hazırkı dövlət başçısı Nikolas Maduronun qələbəsini elan edib və bu, küçələrdə iğtişaşlara səbəb olub.