Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB

Amerikalı müğənni Madonna konsertin gec başlamasına görə onu məhkəməyə verən fanatlarına sərt cavab verib.

Məhkəmə sənədlərinə əsasən müğənni konsertin gec başlamasına görə onu məhkəməyə verən pərəstişkarları ilə bağlı deyib ki, onlar ödədikləri məbləğə uyğun konsertdə iştirak ediblər və heç bir həqiqi fanat Pop Kraliçasının vaxtında çıxış edəcəyini gözləyə bilməz.

Xatırladaq ki, 65 yaşlı Madonna dekabrın 13-də Bruklində “Barclays Center”də konsertinə üç saat gecikib.//Oxu.az

06.04.2024 03:40
695