Macarıstandan “Drujba” kəmərinə hücuma görə ukraynalı komandirə qarşı SƏRT QƏRAR

Macarıstan hökuməti “Drujba” neft kəmərinə edilən hücumlara görə məsuliyyət daşıyan Ukrayna Silahlı Qüvvələrinin komandanına qarşı sanksiya tətbiq edib.

Musavat.com xəbər verir ki, baş nazirin ofisindən verilən açıqlamaya görə, həmin şəxsə Macarıstana və bütövlükdə Şengen zonasına giriş qadağan olunacaq. Rəsmi açıqlamada komandanın adı çəkilməyib.

Qeyd edək ki, bu gün “Drujba” neft kəməri ilə Macarıstan və Slovakiyaya neftin nəqli bərpa olunub.

Musavat.com

28.08.2025 12:24
374