Macarıstan Ukraynaya yardımı əngəlləməyə çalışır — Trampa dəstək məqsədilə
Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın keçmiş prezidenti Donald Trampın növbəti dəfə seçilməsi halında Ukraynaya ayrılması planlaşdırılan 50 milyard dollarlıq krediti bloklamağa çalışır.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Politico" yayıb.
Məqsəd Trampın seçkilərdə respublikaçı seçicilərə vəd verərək, Ukraynaya maliyyə yardımı etməyəcəyini bəyan etməkdir.
ABŞ və Avropa İttifaqı bu krediti birlikdə imzalasa, Trump prezident olaraq uzun illər boyu həmin krediti ödəmə məcburiyyətində qalacaq. Lakin kredit ABŞ-ın iştirakı olmadan təsdiq edilərsə, Trump bu öhdəliklərdən azad olacaq. Bu səbəbdən Orban kreditin verilməsinə mane olur.