Bloomberg-in məlumatına görə, Macarıstan Mərkəzi Bankının keçmiş rəhbəri Andras Simor etiraf edib ki, mövcud iqtisadi vəziyyət fonunda ölkə Avropa İttifaqından çıxmaq barədə qərar verə bilər.
Onun sözlərinə görə, 2022-ci ildə belə bir qərarın verilmə ehtimalı cəmi 10% olub, hazırda isə 20-30%-ə yüksəlib.
"Macarıstanın büdcə kəsiri rekord səviyyəyə çatıb, biz Aİ-də ən yüksək inflyasiyaya və əsas dərəcələrə sahibik",- deyə Simor bu perspektivi izah edib.
Onu da qeyd edək ki, Macarıstan rəhbərliyi ilə Avropa İttifaqı arasında müəyyən problemlər var və bu ölkə Aİ-də o qədər də sevilmir.
Musavat.com