Macarıstan Avropa İttifaqından 10 milyard avro aldı

Avropa Komissiyası (AK) Avropa fondundan Macarıstana 10 milyard avro köçürməyə razılıq verib.

Reuters bununla bağlı yaydığı məlumata görə, bu, Avropa İttifaqının Macarıstanda demokratiya və məhkəmə islahatlarının ləngliyinə görə blokladığı vəsaitlərin bir qismidir.

Dünən Avropa Komissiyasının nümayəndəsi Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə 10 milyardın Budapeştin Ukraynaya 2027-ci ilin sonuna qədər 50 milyard avroluq büdcə yardımı proqramını dəstəkləməyə razı olması üçün ayrıldığına dair iddiaları rədd edib. O bildirib ki, vəsaitin ayrılması Avropa İttifaqının 15 dekabrı son tarix kimi müəyyənləşdirən qanunvericiliyi ilə bağlıdır.

Musavat.com

13.12.2023 22:51
614