Macarıstan Hollandiyanın Avropa İttifaqının miqrasiya və sığınacaqla bağlı paktından çıxmaq təşəbbüsünə qoşulmaq niyyətindədir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka bildirib.
“Qeyri-qanuni miqrasiya ilə mübarizə üçün güclü tədbirlərə ehtiyac var. Macarıstan hökuməti bu müqaviləyə düzəlişlər belə bir fürsət təmin edərsə, miqrasiya və sığınacaqla bağlı Aİ paktından çıxmaq barədə Niderlandın təşəbbüssünə qoşulacaq”, – Boka X sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, eyni zamanda Macarıstan Şengen zonasının üzvü olaraq qalacaq.
Macarıstanın baş nazirinin ofisində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovacs X sosial şəbəkəsindəki səhifəsində məlumat verib ki, Macarıstan da Hollandiya kimi miqrasiyaya daha ciddi milli nəzarətin, miqrantların və digər şəxslərin kvota tənzimlənməsinin tərəfdarıdır. Rəsmi iddialara görə, Aİ-nin tədbirləri Budapeşt tərəfindən milli suverenliyə qəsd kimi qəbul edilir.
Sentyabrın 18-də Hollandiya Avropa Komissiyasına Aİ-nin miqrasiya qaydalarına əməl etməkdən imtina planları barədə məktub göndərib.
Musavat.com