“LXR”-in keçmiş naziri özünü niyə öldürüb?

Dünən axşam saatlarında Moskva vilayətinin İstra rayonunda “Luqansk Xalq Respublikası”nın (“LXR”) keçmiş yanacaq, energetika və kömür sənayesi naziri Konstantin Zavizyonovun meyiti tapılıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, 50 yaşlı məmurun meyidini onun azyaşlı oğlu bağ evidnə, küknar ağaclarının arasında aşkarlayıb. Mərhumun yanında bir kağızda qeydlər və bir şüşə spirtli içki də tapılıb.

Zavizyonovun bədənində güllə yarası olubş Oğlunun sözlərinə görə, məmur ertəsi gün Kamçatkaya ova getməyi planlaşdırırmış.

Təsdiqlənməmiş məlumatlara görə, keçmiş nazir depressiyada olub. İddiaya görə, həyat yoldaşı onun Nijni Novqorodda başqa ailəsi olduğundan xəbər tutub və başqa mənzilə köçərək, boşanmaq qərarına gəlib.

“Mash” Telegram kanalı xəbər verir ki, 50 yaşlı məmur son vaxtlar spirtli içkilərdən sui-istifadə edirmiş. O, on gün imiş ki, əyyaşlıq edirmiş.

Konstantin Zavizyonov 1974-cü ildə Permdə anadan olub. 1990-cı illərdə kimya və aviasiya sənayesində çalışıb.

O, 2003-2006-cı illərdə Rusiya Energetika Nazirliyinin və Sənaye və Energetika Nazirliyinin departamentində şöbəyə rəhbərlik edib.

2022-ci ilin avqustunda Zavizyonov “LXR”-İN yanacaq, energetika və kömür sənayesi naziri təyin edilib. Müvafiq sərəncamı regionun rəhbəri Leonid Paseçnik imzalayıb.

Musavat.com

02.10.2024 11:49
539