Luqansk vilayətində ağır yol qəzasında 6 nəfər ölüb

Ukraynanın Luqansk vilayətinin işğal olunmuş hissəsindəki P-343 Luqansk-Lisiçansk yolunda yol-nəqliyyat hadisəsində altı nəfər ölüb.

Bu barədə qondarma Luqansk Xalq Respublikasının prokurorluğu məlumat yayıb.

“20 aprel 2024-cü il tarixində, saat 16:40 radələrində (Bakı vaxtı ilə 17:40 – red.) P-343 Luqansk-Lisiçansk avtomobil yolunun ərazisində <...> “Mitsubishi Pajero”nun sürücüsü qarşı zolağa keçərək UAZ markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü və sərnişini, həmçinin UAZ markalı avtomobilin sürücüsü və 3 sərnişini həlak olub”, – məlumatda diqqətə çatdırılıb.

Prokurorluq bildirib ki, durumu ağır olan daha bir UAZ sərnişini Luqansk Respublika Klinik Xəstəxanasına göndərilib. Qəza Jolobok kəndi yaxınlığında baş verib.\\“Report” 

21.04.2024 01:26
720