Lula da Silva G20 sammitində görün nələr etdi!

Braziliya Prezidenti Luiz Inácio Lula da Silva, Rio-de-Janeyroda keçirilən G20 sammitində Ukrayna və Yaxın Şərqdəki münaqişələrin müzakirələrini məhdudlaşdıraraq, diqqəti iqlim dəyişikliyi və yoxsulluq kimi mövzulara yönəltməyə çalışıb.

Musavat.com Bloomberg agentliyinə istinadla bildirir ki, Lula da Silva, bəzi liderlərin Ukrayna ilə bağlı daha dəqiq ifadələrin daxil edilməsini tələb etməsinə baxmayaraq, yekun kommünikenin mətnində dəyişikliklərə icazə verməyib. Yüksək vəzifəli bir mənbə agentliyə bildirib ki, Lula da Silva sənədin razılaşdırıldığını elan edərək, digər iştirakçılar tam hazır olmadan müzakirələri yekunlaşdırıb.

Onun komandası isə prezidentin diqqətini onun üçün daha vacib olan mövzulara yönəltmək istədiyini və münaqişələrlə bağlı ifadələrdə praktiki olaraq mümkün olmayan kompromis axtarmaqdan çəkinmək istədiyini bildirib.

 

Musavat.com

20.11.2024 01:35
560