İstanbulda hərəkətdə olan lüks cipin mühərrik hissəsindən tüstü qalxıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,qısa müddətdə ətrafdakı vətəndaşlar bütün avtomobili əhatə edən tüstüyə müdaxilə edib.
Xəbərdarlıq üzərinə hadisə yerinə gələn yanğınsöndürənlər avtomobildə soyutma işləri aparıblar. Cipin sürücüsü Melisa E. adlı qadın isə göz yaşlarına boğulub. Digər sürücülər hadisə yerində gənc qadın sürücüyə təsəlli veriblər.
Musavat.com