Slovakiya Ukrayna üzərindən Rusiyanın “Lukoyl” şirkətindən neft ala bilmədiyinə görə alternativ mənbələrdən neftin tranziti ilə bağlı Xorvatiya ilə şirkətlər səviyyəsində danışıqlara başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə TASR xəbər agentliyi Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanara istinadən məlumat yayıb.
Nazir xorvat həmkarı Qordan Radmanla Bratislavada apardığı danışıqlardan sonra bildirib ki, “Slovakiya münasib qiymətə kifayət qədər miqdarda neft almaqda maraqlıdır”.
Xatırladaq ki, bir ay əvvəl Xorvatiya Slovakiyanı alternativ mənbələrdən neftin tranziti üçün öz neft kəmərlərindən istifadə etməyə çağırıb.
Musavat.com