Lukaşenkonun qonşusu danışdı: Putinlə piyada gəzirdilər və mənə yaxınlaşıb...

Belarus prezidentinin İsgəndəriyyə kəndindəki qonşusu Gennadi Nikolaenko rusiyalı həmkarı Vladimir Putinin Aleksandr Lukaşenkonun evinə qonaq gəlməsindən danışıb.
“Mən skamyada oturmuşdum və onlar yol boyu gedirdilər. Mənə yaxınlaşanda prezidentlər salam verib piyada uzaqlaşdılar. Lukaşenko həmişə salam verir”,- Nikolaenko xatırlayır.

Musavat.com bildirir ki, İsgəndəriyyə kənd təsərrüfatı şəhəri Belarus prezidentinin kiçik vətənidir. O, burada böyüyüb, yerli məktəbdə oxuyub və hələ də uşaqlıq evinə gəlir. Bu kənd təsərrüfatı şəhərciyinə heç bir maneə olmadan getmək mümkündür. Orada sadə kəndlilər yaşayır.

Lukaşenko bəzi xarici liderləri və fəxri qonaqları kiçik vətəninə dəvət edib. 2018-ci ildə Belarus-Rusiya Regionlar Forumundan sonra Putin onun qonağı olub.


Şahanə Rəhimli
Musavat.com

30.08.2024 09:22
679