Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsinin Rusiyanın tərkibinə daxil olması məsələsi heç vaxt qaldırılmayıb, çünki bu, qeyri-mümkündür.
Musavat.com xəbər verir ki, bu fikirləri Belarus prezidernti İzvestiya nəşrinə qısa müsahibəsində deyib: “Siz kiçiksiniz, biz daha böyükük, amma bizim iqtisadiyyatımız budur. Biz sizə kömək etməyə davam edəcəyik, Rusiyaya qoşulun. Belə suallar verə bilməzsən. Bu, mümkün deyil və həyata keçirilə bilməz”.
Lukaşenko Putinlə münasibətlərinin yaxşı olduğunu, lakin bunun Belarusun Rusiyaya birləşməsi üçün əsas olmadığını vurğulayıb: “Mən hətta deməyə də qorxuram, bu, müharibədir. Amma siz bizim Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərimizi görürsünüz. Çoxlu danışıqlar, şəxsi və digər əlaqələr. Bizdə heç vaxt məsələ belə qoyulmayıb”.
Musavat.com