Lukaşenko: Putin işğaldan əvvəl mənə “arxadan qoru məni” dedi

Belarus lideri Aleksandr Lukaşenko Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya müdaxiləsi barədə əvvəlcədən məlumatı olmadığını iddia edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Lukaşenko bunu rusiyayönlü ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində deyib.

“Sizə and içirəm ki, Rusiyanın Ukraynaya qarşı hər hansı addım atması ilə bağlı söhbətimiz olmayıb”,-deyə o, bildirib.

Eyni zamanda, Lukaşenko işğal hərəkatından bir neçə gün əvvəl Putinlə görüşdüyünü söyləyib.

"Həmin vaxt Putin mənə bunları dedi. Qulaq as, Saşa, bilirsən, belə bir vəziyyət, əgər Tanrı qorusun, nəsə baş versə, biz müttəfiqik... Nəsə olsa, məni arxadan qoru... Putin "Qərbdən kürəyindən bıçaq zərbəsindən qorxurdu"",-deyə Belarus lideri bildirib.

 

Musavat.com

18.08.2023 03:11
1143