Lukaşenko ilə Putin 4 saat təkbətək danışdılar

Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin Volqoqradda 4 saat davam edən danışıqları yekunlaşdırıblar.

Musavat.com xəbər verir ki, məluamtı prezidentin mətbuat xidmətinə yaxın olan “Pool of the First” Telegram kanalı yayıb.

Bildirilir ki, “Lukaşenko və Putin 4 saat üz-üzə danışıblar".

Bundan əvvəl hər iki ölkənin rəhbəri “Böyük irs – ortaq gələcək” forumunda iştirak edib.Bildirilib ki, görüşdə dövlət başçıları Rusiya ilə Belarus arasında münasibətlərin inkişafı və strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər.

 

Musavat.com

29.04.2025 23:50
311