Loxmagözyandan İDDİA: “Ermənistan hakimiyyəti Türkiyəyə işləyir”

“İsraillə Türkiyə arasındakı münasibətlər ilk baxışdan göründüyü qədər pis deyil”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru, türkoloq Tiran Loxmagözyan deyib.

“Əgər biz İsrail-Türkiyə münasibətlərində yüksək səsli söhbətlər, dərinlikdə isə konstruktiv münasibətlər görürüksə, Ermənistan məsələsində hər şey tam əksinədir: Türkiyə tərəfdən yüksək səsli bəyanatlar gəlməsə də, düşmənçilik yerində qalıb.

Ermənistan hakimiyyətinin Ərdoğan tərəfindən tanınmasından sui-istifadə edəcəyini gözləmək sadəlövhlükdür. Bu hakimiyyət onsuz da türklərə işləyir”, - deyə Loxmagözyan iddia edib.

Musavat.com

29.07.2024 16:48
949