İstanbulda 2 il əvvəl qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun qardaşı oğlunu aparan avtomobil silahlı hücuma məruz qalıb.
Hücum zamanı avtomobildə olan təqaüdçü polis həlak olub. Səlifovun qardaşı oğlu Maqamet Kurbanov və daha iki nəfər yaralanıb.
Belə ki, Kurbanovun olduğu avtomobil naməlum şəxslərin idarə etdiyi başqa bir avtomobil tərəfindən izlənilib. Bir müddət sonra həmin şəxslər avtomobilə yaxınlaşaraq yan tərəfdən atəş açmağa başlayıblar.
Silahlı hücuma məruz qalan və 19 güllə dəymiş nəqliyyat vasitəsi yol nişanı dirəyinə çırpılaraq dayanıb. Qəzadan sonra hücum edənlər insanlara atəş açmağa davam ediblər. Daha sonra şübhəlilər avtomobilləri ilə hadisə yerindən qaçaraq gözdən itiblər.
Hazırda polis araşdırma aparır. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Qeyd edək ki, "Lotu Quli" ləqəbli məşhur mafiya lideri Nadir Səlifov 2020-ci ildə Antalyada hotellərdən birində nahar etdiyi dostu tərəfindən başından tək güllə ilə vurularaq öldürülüb.//Modern.az