“Lotu Quli”nin qardaşı həbs olunmayıb – Vəkil açıqlama verdi

“Lotu Quli”nin qardaşı Namiq Səlifov həbs olunmayıb.

Azpost.info bildirir ki, bu sözləri kriminal avtoritetin vəkili A.Voronin Haqqın.az saytına deyib.

“Onun həbsi barədə informasiya həqiqətə uyğun deyil. Mən Namiq Səlifovun vəkiliyəm və hazırda Moskvadayam. Mənim müştərimlə bağlı hüquq-mühafizə orqanlarından heç bir müraciət daxil olmayıb. Bu məlumat yayıldıqdan sonra mən dərhal Namiqlə danışdım. O dedi ki, Moskvada deyil, Avropa ölkələrindən birindədir”-deyə Voronun vurğulayıb.

30.08.2022 15:21
1059