Lotoreyada 116 milyon uddular, indi gör nə haldadırlar - FOTO

İngiltərədə yaşayan Frances və Paddy Connolly cütlüyü, 2019-cu ildə "EuroMillions" lotereyasından 115,9 milyon funt sterlinq (təxminən 250 milyon manat) qazanaraq böyük bir sərvətə sahib oldular.

Musavat.com İngiltərə mediasına istinadla bildirir ki, onlar bu məbləğin yarısını xeyriyyə işlərinə sərf edərək, “pul xoşbəxtlik gətirir” fikrini təsdiqlədilər.

Connolly cütlüyü, böyük ikramiyəni qazandıqdan sonra, Durham qraflığında 1,9 milyon funt sterlinq dəyərində, altı yataq otaqlı bir ev və ikinci əl Aston Martin avtomobili aldılar. Frances Connolly, “Pul insanı dəyişdirmir. Əgər kasıb olanda pis insan idinizsə, zəngin olanda da elə olacaqsınız” deyərək, pulun insanın xarakterini əks etdirdiyini vurğuladı.

Onların bu addımı, böyük məbləğlər qazanan insanların xeyriyyəçiliyə yönəlməsinin əhəmiyyətini bir daha göstərir.

 

Musavat.com

18.11.2024 01:44
26714