Lotereyada 100 milyon udan azərbaycanlı kimdir?

Rusiyada yaşayan həmyerlimiz Azər Musayev loterayada 100 milyon rubl (1 milyon ABŞ dolları) udub.

Musavat.com APA-ya istinadən bildirir ki, həmyerlimiz əvvəlcə iki bilet alıb:

"Həmin biletlər uduşsuz olub. Üçüncüsünü aldım və düşündüm: Qoy sonuncu dəfə cəhd edim. Dəmir pulla lotareyanı silməyə başladım. Üst sətirdə 5 milyon gördüm. Sevindim, daha yoxlamadım və düşündüm ki, bu məbləği udmuşam. Bileti satıcıya verəndə o da yoxladıqda məlum oldu ki, mən əslində 100 milyon qazanmışam. Düzünü desəm mən buna dərhal inanmadım", - deyə həmyerlimiz söyləyib.

Azər Musayev Soçidə inşaatçı işləyir. O, lotoreyada udduğu məbləğlə yaxınlarına maddi yardım etməyi, mənzil və maşın almağı və oğluna toy etməyi planlaşdırır.

11.10.2023 10:03
2948